|
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb.
Teleqraf.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən verilən məlumata görə, 3 saylı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilmiş Elbrus Gülbala oğlu Cavadova tanışı, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 18, mənzil 33 ünvanında yaşayan vətəndaş Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilib.
Bu zaman onun gətirdiyi bağlamadan “OZMO” kətəsinin işərisində sellofan paketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0,73 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.