|
Sentyabrın 29-u saat 11:00-da Mərdəkan müalicə pansionatının sakinləri Sosial Müdafiə Nazirliyinin aksiya keçirəcəklər.
Teleqraf.az –ın xəbərinə görə,Aksiyada əsasən əlil arabasında olan insanlar iştirak edəcəklər. Aksiyaya səbəb isə təmir adı altında müalicə pansionatının sakinlərini Gəncə Şəhərindəki ruhi xəstələr üçün nəzərdə tutulan və çox bərbad vəziyyətdə olan pansionata köçürülməsidir.
Xatırladaq ki, cari ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında qalmaqal yaşanmışdı. Belə ki, müəssisənin müdirəsi Qətibə Əsədova 40 nəfərin pansionatdan təcili çıxarılacağını demişdi.