|
Hamı bilir ki, kompüterin viruslardan müdafiəsi üçün antivirus proqramları yazmaq lazımdır. Ancaq bu həmişə bəs etmir, viruslar kompüterinizə yenə də düşür.
Öz kompüterinizi viruslardan qorumaq üçün virusun kompüterə necə düşməsini bilmək lazımdır. Bu məqalədə sizə zərərli proqram hazırlayanların istifadə etdiyi yoluxma yollarını açıqlayacağıq.
Fleş-yaddaşlar
Fleş-yaddaşlar kompüteri virus yoluxmasının ən yayılmış yoludur. Kompüterin virusa yoluxmasının bu metodu "autorun" (avtomatik icra olunma) funksiyasına görə məşhurlaşdı. Viruslar fleş-yaddaşda autorun.inf faylı yaradaraq həmin faylda fleş-yaddaşın kompüterə qoşularkən hansı proqramın işə düşəcəyini təyin edirlər. Bu kompüterə virusun istifadəçinin iştirakı olmadan yoluxdurmağa imkan verir.
Fleş-yaddaşlardan başqa viruslar fotoaparat, video kameralar, mp3 pleyerlər və mobil telefonlar vasitəsilə də yayılır. Bu qurğular özləri yoluxa bilmir, sadəcə onlar virusun bir kompüterdən digərinə ötürmə rolunu oynayır.
Proqram təminatındakı boşluqlar
Proqram təminatındakı boşluqlar virusa internetə qoşulan istənilən kompüterə hücum etməyə imkan verir. Nəzəriyyəyə əsasən boşluğu olan istənilən proqram yoluxma mənbəyi ola bilər. Ona görə də əməliyyat sisteminin aktual versiyasını istifadə etmək və bütün yüklənilmiş proqramları vaxtaşırı yeniləmək lazımdır.
Ən vacib olan veb-brauzerin yenilənməsini təqib etməkdir. Google Chrome və ya Mozilla Firefox kimi müasir brauzerlər avtomatik olaraq yenilənir. Əgər sizin istifadə etdiyiniz brauzer avtomatik yenilənmirsə onu özünüz etməlisiniz.
Elektron poçt və ani mesajlaşma proqramları
Əksər viruslar öz nümunələrini elektron poçt və ani mesajlaşma proqramları vasitəsilə göndərirlər. Bununla bərabər məktublar virusun yoluxduğu kompüterdə tapılan əlaqələrə göndərilir. Buna görə də yeni kompüterlərin yoluxması təhlükəsi çox yüksəkdir.
Kompüterini yoluxmadan qorumaq üçün qəbul edilən fayllarla ehtiyatlı davranmaq lazımdır. Hətta əgər fayllar sizin tanışınızdan göndərilibsə ondan faylın nə olduğunu açmamışdan qabaq soruşun. /iktxeber.net/