|
Fransa prezidenti F.Ollandın keçmiş sevgilisi Valeriya Trierveiler onun iç üzünü və bəd əməllərini özündə əks etdirən kitabla bir neçə günə milyonçu olub.
Valeriya ona xəyanət edən Ollandın özəl həyatı haqqında “O ana görə təşəkkürlər” adlı kitab yazıb. 17 gün ərzində 442 min nüsxə ilə satılan kitab müəllifinə 1,3 milyon avro qazandırıb.
Bir nüsxəsi 20 avroya satılan kitab ilk çapında 200 min tirajla nışr olunub. Kitabın sürətlə bestsellərə çevrildiyini görən nəşriyyat onu 2-ci və 3-cü dəfə nəşr edib. (modern.az)