|
“Sağ qalmaq” filmi ilə məşhurluq qazanan rejissor Cey Abrams amerikalı yazıçı Stiven Kinqin romanı əsasında serialın çəkilişlərinə rəhbərlik edəcək.
Sözügedən film 35-ci Amerika prezidenti Con Kennedinin ölümü barədədir. Filmin on seriyadan ibarət olacağı gözlənilir. Ssenariyə görə, Stiven Kinqin 2011-ci ildə çap olunan əsərindəki baş qəhrəman keçmişə - 1958-ci ilə qayıdır və Kennedinin qatilini müəyyən etməyə çalışır.
kult.az