22 sentyabr 2014. Qarabağ Azadlıq Təşkilatı Ağsuda məskunlaşmış məcburi köçkün, şəhid ailəsinə qarşı haqsızlıqlarla bağlı prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə göstərilir:  Şəhid ailəsi, Kəlbəcərdən məcburi köçkün Məmmədova Gözəl Süleyman qızına qarşı edilən haqsızlıqlarla bağlı Sizə müraciət edirik. Gözəl Məmmədovanın həyat yoldaşı Əli Məmmədov Qarabağ müharibəsində  fəal iştirak edib, döyüşlərin birində həlak olub. Gözəl Məmmədova 1993-cü ildən Ağsu şəhərində, “Qərənfil” uşaq bağçasında məskunlaşıb. O, rayonda fəal ictimai iş aparır, ədalətsizliklərə və nöqsanlara qarşı həmişə vicdanlı vətəndaş mövqeyi tutur, xüsusilə də, vətənpərvərlik işinin gücləndirilməsi istiqamətində  əlindən gələni etməyə çalışır, bu yöndə yol verilən nöqsanların aradan qaldırılması üçün təşəbbüslər edir.

 Çox təəssüf ki, rayon icra hakimiyyətinin rəhbərliyi qərəzli mövqe tutur, hətta mənəviyyatsızlığın o həddinə çatırlar ki, onun heysiyyatı ilə oynayır, təhqir edir, həyat yoldaşının şəhidliyini, özünün məcburi köçkünlüyünü lağa qoymaqdan da çəkinmirlər. Haqsızlıq o həddə çatıb ki, Gözəl Məmmədovanın məskunlaşdığı uşaq bağçasında rayon icra hakimiyyəti tərəfindən təmir işləri aparılır, orada məskunlaşmış bütün köçkünlərin otaqları təmir olunur, yalnız onun yaşadığı otağı təmir etməkdən imtina edirlər. Bununla şəhid ailəsindən intiqam aldıqlarını göstərmək istəyir, bu cür səviyyəsizlik və mənəviyyatsızlıq edirlər. Rayon rəhbərliyi “Şəhid ailələri haqqında Qanuna” uyğun olaraq onu nə evlə təmin edir, nə də yaşadığı otağı təmir edir.       

Ola bilər ki, bu, Sizə xırda məsələ kimi görünsün. Amma bu, elə-belə məsələ deyil, dövlətçiliyə, torpağa, vətənə münasibət məsələsidir. Bu cür haqsızlıqlar insanın əhval-ruhiyyəsinə mənfi təsir göstərir, vətənpərvərlik ruhuna zərbə vurur. Görün iş nə yerə çatıb ki, şəhid ailəsi, məcburi köçkün Gözəl Məmmədova bu haqsızlıqlara dözməyərək ölkə vətəndaşlığından imtina edərək, xarici ölkələrdən birinə çıxıb getmək istəyir.

İnanırıq ki, müraciətimizə diqqətlə yanaşacaq, bir şəhid ailəsinə, yurdundan didərgin salınmış bir məcburi köçkünə qarşı edilən haqsızlıqların aradan qaldırılması üçün tapşırıqlarınızı verəcəksiniz. Əvvəlcədən təşəkkürümüzü bildiririk.

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti