|
Türkiyənin birinci xanımının sosial şəbəkədə ilk addımı heç də uğurla başlamayıb.
Teleqraf.com xəbər verir ki, Əminə Ərdoğanın Twitter səhifəsi ilk gündən gülüş obyektinə çevrilib.
Mişel Obamının Twitter səhifəsindən qeyd formasını koplyalayan admin böyük səhvə yol verib.
Belə ki, ingilis dilindəki qeydin sonundakı "mo" Misel Obamanın xususi imzasıdır. Açıqlaması isə Mişel Obamadır. Eyni imza elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşının səhifəsində də gedib. Əminə Ərdoğanın sözçülərinin etdiyi bu səhv isə qısa müddətdə sosial şəbəkədə müzakirə obyektinə çevrilib. Qeyd edək ki, Obamanın səhifəsində yer alan qısa acıqlamada "Bu səhifə sözcülər tərəfindən idarə edilir. Birinci xanımın şəxsi fikirləri "mo" imzalıdır" bildirilir.