|
Teleqraf.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 19 sentyabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 03:29-da Lənkəran şəhərindən 18 km qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 4,0 bala yaxın olmuşdur. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3,0-4,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmamışdır.