|
"Əldən-Ələ" xeyriyyə kitab aksiyasının son günü baş tutmuşdur.
Yeni tədris ilinin ilk həftəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Əldən-Ələ" xeyriyyə kitab aksiyasının son günü baş tutmuşdur. 6 gün ərzində Bakı şəhərində yığılmış ixtisas kitabları və abituriyentin universitetə hazırlıq vəsaitləri Quba və Qusar rayonlarındakı üçü kənd, biri isə şəhər olmaqla 4 tam orta məktəbdə ehtiyacı olan abituriyentlərə çatdırılmışdır. Kitablar kənd məktəblərində böyük maraq və sevinclə qarşılanmışdır. Quba və Qusar rayon Təhsil Şöbələrinin müdiriyyətinin əməkdaşlığı və təşkilati dəstəyi nəticəsində aksiya regionlarda uğurla həyata keçirilmişdir.