|
AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyadan miniatür kitablar almışdır
Teleqraf.az-a verilən məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanası beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Dünyanın fərqli elm ocaqları və kitabxanaları ilə əlaqələr qururaq 60-dan çox ölkə və 700-ə yaxın təşkilatla kitab mübadiləsi həyata keçirən Mərkəzi Elmi Kitabxana müxtəlif dərgilər, dəyərli vəsaitlərlə kitab fondunu zənginləşdirir. Bu yaxınlarda əlaqələrin davamı olaraq Rusiyada fəaliyyət göstərən Degostini kampaniyası ilə əlaqə saxlayan Mərkəzi Elmi Kitabxana kampaniyanın məhsulu olan miniatür kitabları əldə etmək üçün oranın üzvü olmuşdur. Əldə olunan razılaşmaya əsasən kampaniya dünya ədəbiyyatının şedevrləri silsiləsindən 20 ədəd miniatür kitabı kitabxanaya göndərmişdir. Göndərilən kitabların içərisində F.Dostoyevskiy “İqrok”, A.İ.Qersenin “Kto vinovat?”, A.K.Tolstoyun “İzbrannoe”, S.T.Aksakovun “Semeynaya xronika”, D.İ.Fonzivinin “Briqadir”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A.İ.Kuprinin “Poedinok”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A.Fransın “Vostanie anqelov”, M.Qorkinin “Meşane” və s. müəlliflərin əsərləri yer alır.
Qeyd edək ki, kitabxana öz fondunu zənginləşdirməkdə davam edir.