10 oktyabr 2016-cı ildə, Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilib.
Teleqraf.az xəbər verir ki, yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında 16 oktyabr 2016-cı ildə keçiriləcək KXCP Ali Məclisinin Sessiyasının gündəlik layihəsi qəbul edilmişdir.
İdarə Heyəti Müstəqillik Aktının qəbul edilməsinin 25-ci ildönümü münasibəti ilə 18 oktyabr 2016-cı il saat 12:00-da Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyi ziyarət edilməsi ilə bağlı qərar qəbul etmişdir.