|
Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan liderlərini Dağlıq Qarabağ danışıqları üçün qəbul etməyə hazır olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Olland dövlət başçısı Serj Sarkisyana 21 sentyabr Ermənistanın Müstəqillik günü ilə bağlı göndərdiyi təbrik mesajında hər iki lideri Parisdə qəbul etməyə hazır olduğunu ifadə edib.