|
Rusiya xarici siyasətdə öz tərəfdaşları ilə aqressiyadan uzaq əməkdaşlığa diqqətini yönəldəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya hökumətinin iclasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib. Onun sözlərinə görə, Rusiya hər zaman öz milli maraqlarını müdafiə edəcək və müdafiə qabiliyyətini artıracaq.
Qeyd edək ki, dünən Rusiyada keçirilən parlament seçkisində Vladimir Putinin Vahid Rusiya Partiyası qalib gəlib.