|
Türkiyənin tələbi ilə Suriyaya amerikalı xüsusi təyinatlı qüvvələr göndərilib.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun açıqlamasında deyilib.
Göndərilən hərbçilərin Cerablus və Çobanbəy şəhərlərində türk əsgərləri ilə yanaşı müxaliflərə də dəstək verəcəyi açıqlanıb:
“Xüsusi təyinatlı qüvvələr türk ordusu və müxaliflərlə dəstək verəcək. Həmçinin İŞİD-ə qarşı mübarizə aparan digər ünsürlər də nəzərə alınacaq. Terrorçularla mübarizə baxımından Türkiyə-Suriya sərhədi olduqca strateji önəm daşıyır. Çünki İŞİD terroru buradan Türkiyəyə, sonra isə Avropaya yayır”.
Qeyd edək ki, Çobanbəyə gələn 29 ABŞ əsgəri Azad Suriya Ordusu tərəfindən qovulmuşdu.