|
Xəbər verdiyimiz kimi, Milli Şura sentyabrın 11-i, Müsavat Partiyası isə sentyabrın 18-i “Məhsul stadionuda mitinq keçirməklə bağlı qərar verib. Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edilsə də, qurum hələ də mitinq müraciətinə cavab verməyib.
Teleqraf.az-a etibarlı mənbədən verilən məlumata görə, hakimiyyətdaxili müzakirələrdə mitinqlərə icazə vermək haqqında razılığa gəlinib. Bu gün bununla bağlı qərarın elan olunacağı gözlənilir.