|
KXCP Bakının işğaldan azad edilməsinin 98-ci ildönümü ilə bağlı tədbirlərə hazırlaşır.
Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında 15 sentyabr Bakının düşmənlərdən azad edilməsinin 98-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında Türk şəhidliyini, Atatürkün abidəsini, Acıdərədə Qafqaz İslam Ordusunun zabiti Qədir Əfəndinin məzarını ziyarət etmək haqqında qərar qəbul edilib.
07 sentyabr 2016-cı il saat 17:30-da Bakı və ərazisi işğal olunmuş rayon - şəhər şöbə rəhbərlərinin genişləndirilmiş müşavirəsinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Müşavirənin gündəliyində - 26 sentyabr Referendiumunun boykot edilməsinin kütləviliyini təmin etmək məsələlərinin müzakirəsi nəzərdə tutulub.
KXCP İdarə Heyəti Qurban Bayramı münasibəti ilə Dünya Müsəlmanlarını təbrik etmək haqqında qərar qəbul edib.