|
Çinin Xançjou şəhərində başlayan “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayip Ərdoğan və Barak Obama arasında görüş başlayıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, görüş zamanı prezidentlər Suriya münaqişəsinin nizamlanması daxil olmaqla, bir neçə mühüm məsələni müzakirə edəcəklər.