|
İsveç Türkiyənin Avropa Birliyinə inteqrasiyası ilə bağlı səylərini dəstəkləyir.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə “Exspressen” qəzetində İsveçin xarici işlər naziri Marqot Valstryom çıxış edib.
O, qeyd edib ki, Türkiyə ilə dialoq davam etdirilməlidir. Nazir xatırladıb ki, İsveç çoxdandır Türkiyənin AB üzvlüyünü dəstəkləyir.
“Türkiyəyə qarşı embarqo və sanksiyalar qərarı verməzdən əvvəl dialoq çərçivəsində davranmaq lazımdır” - nazir belə deyib.
İsveçli XİN başçısı Türkiyənin AB-ə üzvlüyü ilə bağlı danışıqları dayandırmaq lazımdır deyən Kristian Kernə qarşı çıxaraq deyib ki, Türkiyə ilə danışıqlar davam etdirilməlidir. AB-nin miqrantlarla bağlı Türkiyə ilə imzaladığı müqaviləyə dair Marqot Valstryom deyib ki, müqavilə qüvvədə qalı və tərəflər üzərilərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər.