|
Ermənistan Müdafiə Nazirliyinin bir qrup yüksək vəzifəli şəxsi həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat verib:
“Rəsmi olaraq təsdiqləyirik ki, mayın 30-u gecə saatlarında general Mels Çilingəryan, polkovnik Mqer Papyan və Armen Marqaryan həbs edilib. Həbslər iki müxtəlif cinayət işi üzrə həyata keçirilib. Söhbət aşağıkeyfiyyətli məhsulların bəzi hallarda yüsək qiymətə satışından gedir”.
General-mayor Mels Çilingəryan prezidentin sərəncamı ilə Silahlı Qüvvələrin Silahlandırma Dövlət İdarəsinin rəisi vəzifəsindən azad edilmişdi.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyində son zamanlar kütləvi həbslər və ixtisarlar müşahidə edilir. Ötən ay Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan da prezidentin sərəncamı ilə vəzifələrindən azad ediliblər.