Klassik Xalq Cəbhəsi Pariyasının işğalçı rus ordusunun Azərbayandan  çıxarılmasının 23-cü ildönümü münasibətiylə

 

Müraciəti

 Əziz həmvətənlər!

Hörmətli Xanımlar və Bəylər !

Bu gün - 25 may Azərbaycan Xalqımızın və Azərbaycanın Dövlətçilik tarixinin ən önəmli və şərəfli günlərindən biridir.

           25 may 1993-cü ildə Azərbaycan ərazisindən işğalçı rus qoşunları çıxarılmışdır.

          1804-cü ildən etibarən Azərbaycan ərazilərində işğalçı rus qoşunlarının yerləşdirilməsinin rəsmləşdirilməsi və Gülüstan, Türkmənçay, Moskva, Qars  müqavilələri adı altında torpaqlarımız işğal edilmişdir. İnsanlarımız şəhid düşəndən, ərazilərimiz işğal olunandan  bəri işğalçı rus ordusunun qovulması bütün nəsillərin ən müqəddəs arzusu olmuşdur. Bu arzunun gerçəkləşməsi üçün bir anda dayanmadan yüz illərlə şəhidlər vermişik.       Torpaqlarımız rus işğalına məruz qalmaqla bərabər insanlarımız, nəsillərimiz, adət-ənənələrimizi, milli kimliyimiz, dinimiz, adlarımız, soyadlarımız  repressiya olunmuşdur.

          İstər çar rusiyası, istərsə sovet  rusiyası  zamanı bu repressiya davam etdirilmiş – şəhərlərimiz, dağlarımız, daşlarımız repressiyaya məruz qalmış, müxtəlif dövrlərin lənətlənmiş adamlarının adıyla tarixi şəhərlərimizin adları, hətta toponimlər dəyişdirilmişlər. Rəsmiləşdirilən  rus işğalı 200 ilə yaxın davam etsədə, məkrli rus işğalının fəsadları bu gündə davam etməkdədir.

          28 may - Cümhuruyyət günü, 15 sentyabr  - Bakının işğaldan azad olunması, 18 oktyabr - müstəqillik aktının qəbul olunması, 17 noyabr -  milli dirçəliş günləri  nə  qədər qiymətlidirsə, 25 may günü də onlar  qədər önəmlidir.

          Bütün bunları nəzərə alaraq  Millətini, Dövlətini düşünən hər kəsi – 25 may rus işğalçı qoşunlarının Vətənimizdən çıxarılması günü münasibətiylə təbrik edirik!

          Bu ərazilərdən son işğalçıların - son gedişi, hər kəsə düşərli olsun !

İşğalçılara qarşı döyüşlərdə  Torpaq, Vətən, Millət, Ümmət, Dövlət, Bayraq  naminə şəhid olanların ruhları şad olsun!

İnanırıq ki,  əsrlərlə davam edən işğalçı rus ordusunun ölkəmizdən çıxarılmasının  dövlət bayramı kimi  qeyd olunması günü çox yaxındadır. 25 may rus qoşunlarının Azərbaycandan çıxarılmasının  dövlət bayramı kimi qeyd olunması Qarabağ probleminin həllində mühüm addımlardan biridir. Bu addım nə qədər tez atılsa, Qələbə o qədər  yaxındır.

İşğalçı rus qoşunlarının vətənimizdən çıxarılması-25 may şərəfinə Bakı şəhərində abidə qoyulması ilə əbədiləşdirilməlidir. 

          Sayğıdəyər  soydaşlar! Bayramınız mübarək.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti