|
KXCP - hakimiyyətdən Vyana danışıqları haqqında dəqiq açıqlama tələb etdi.
Klassik Xalq Cəbhəsi Partiyasının 23 may 2016-ci ildə İdarə heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Müzakirələrə uyğun müvafiq qərarlar qəbul edilmişdir. İdarə heyətinin toplantısında Azərbaycan hakimiyyətinin təcavüzkar ermənistan hakimiyyəti ilə apardığı son Vyana danışıqları haqqında xalqa dəqiq məlumat verilmədiyi pislənilmişdir.
KXCP - hakimiyyətdən, Vyana danışıqları haqqında Azərbaycan xalqına dəqiq açıqlama verməsini tələb edir. Azərbaycan əsgərinin döyüşlərdə əldə etdiyini, Azərbaycan hakimiyyəti danışıqlarda uduzdurursa, bu addımın hesabatını verməlidir.
Toplantıda son qiymət artımı ilə bağlı müzakirələr aparılmış, hökümətin xalqın əleyhinə məqsədyönlü addımları pislənilmişdir.
İdarə heyətinin toplantısında - 25 may rus ordusunun Azərbaycandan çıxarılmasının 23-cü il dönümü ilə əlaqədar KXCP-nin keçirəcəyi tədbirə aid son tapşırıqlar verilmişdir.
28 May Xalq Cumhuriyyətinin yaranmasının 98-ci il dönümü tədbirlərinə hazırlığın vəziyyəti müzakirə edilmiş, işlərin yekunlaşdırılması haqqında müvafiq tapşırıqlar verilmişdir.