|
"Atəşkəs imzalandıqdan sonra ilk dəfədir ki, Ermənistanla masaya güc mövqeyi ilə otururuq”. Bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə münasibət bildirən politoloq Elnur Soltanov deyib. Tanınmış ekspertin fikrincə, görüşün Azərbaycan üçün faydalı olan tərəfləri onun səbəbləridir. Səbəblər isə Azərbaycan ordusunun 4 günlük uğurlu hərbi əməliyyatıdır:
"Azərbaycan masadan qalib qalxacaq”
Millət vəkili Fərəc Quliyev deyib ki, Azərbaycan danışıqlar masasında hərtərəfli üstünlüyə malikdir. Həm hərbi sahədə uğurlarına, həm də diplomatik danışıqlarda əldə etdiyi mövqelərə görə, Ermənistandan üstündür: "Ermənistan hərbi meydanda çox ciddi uğursuzluğa düçar olduğunu, Azərbaycanla poliqonda münasibətləri aydınlaşdırmaq iqtidarında olmadığını etiraf edir. Azərbaycan beynəlxalq aləmin xahişiylə qələbənin bir addımlığında hərbi əməliyyatları dayandırdı. İndi də gözləmə mövqeyində dayanır. Beynəlxalq aləmin çağırışına əməl etməsi də Azərbaycanın üstünlüyünü artıran faktordur. Amma Ermənistan tərəfi bütün vasitələrdən istifadə edərək status-kvonu saxlamağa çalışır. Aydındır ki, bu dəfə də pozucu təkliflərlə çıxış edəcəklər. Ona görə də danışıqlardan nəticə gözləmirəm, amma bütün hallarda bu masadan Azərbaycan qalib qalxacaq. Yəni Ermənistanın iç üzü bir daha açılacaq. Bununla da Azərbaycanın gələcəkdə yenidən hərbi əməliyyatlara başlaması üçün şərait yaranacaq, beynəlxalq aləm də buna əngəl ola bilməyəcək”.