|
Avropa Birliyi Komissiyası, şengen ölkələrinə səfər zamanı Türkiyə vətəndaşları üçün vizaların ləğv edilməsi haqda qanunu qəbul edib.
Avropa.info xəbər verir ki, Avropa Birliyi Komissiyası qanun layihəsinin qəbulu üçün heç bir əlavə müddət tələb etməyib.
Komissiyanın Türkiyənin vizadan azad olan ölkələr siyahısına daxil edilməsi üçün qərar qəbul etməsi prosesin davam etməsi baxımından böyük əhəmiyyətə malikdir.
Əgər Avropa Şurası da qanun layihəsini təsdiq etsə bu zaman vizalı sistemin ləğv edilməsi iyul ayının birindən etibarən qüvvəyə minəcək.
Beləcə türk vətəndaşları şengen ölkələrinə üç aydan qısa olan səfərlər üçün viza almaq məcburiyyətində olmayacaq.
Ancaq əldə olunan bu razılıq türk vətəndaşlarına Avropa ölkələrində işləmək hüququ verməyəcək.