|
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında yaşanan son hadisələri şərh edib.
“Qafqazinfo” xəbər verir ki, Serj Sarkisyanın “Ermənistan Azərbaycanla müharibəyə hazırdır” fikrinə münasibət bildirən Ərdoğan “Ermənistan odla oynayır”- deyə bildirib. Prezident onu da əlavə edib ki, qarşıdurma şəraitində Azərbaycan və İlham Əliyev güc qazanır.
Ərdoğan “Rusiyanın Azərbaycanla mənfəət əlaqəsi olduğu üçün Ermənistana açıq şəkildə dəstək verə bilmir. Azərbaycanın qaytardığı ərazilərə “Bizim üçün önəmli deyil” desələr də Ermənistanı qorxu bürüməyə başladı. Əhali, əsgər sayı və digər imkanlar baxımından Azərbaycanın gücü Ermənistanla müqayisə edilməyəcək qədər çoxdur. Azərbaycan, ətrafındakı ölkələrə-nə Gürcüstana, nə də Ukraynaya bənzəmir. Rusiya Ukraynada da istədiyi nəticəni almadı. Sadəcə, Krımda tatarların sayı az olduğu üçün orada bir nəticə əldə edə bildi. Rusiya səhv edir”, - deyə açıqlama verib.