|
Bu gün 22 aprel 2016-cı il Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında “Azadlıq” Partiyaların Siyasi Əməkdaşlıq Mərkəzinin növbəti iclası keçirilib.
Teleqraf.az-ın məlumatına görə, iclasda ölkədəki içtimai – siyasi vəziyyət müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Əməkdaşlıq Mərkəzi Milli Ordumuzu qeydi şərtsiz müdafiə etdiyini, hakimiyyətin Qarabağın azad olunması istiqamətində atacağı bütün addımları dəstəklədiyini bildirir.
Əməkdaşlıq Mərkəzi bu il aprelin əvvəlində olan hərbi əməliyyatlar barədə Ali baş komandanın açıqlama verməsini məqsədəuyğun sayır. Əməkdaşlıq Mərkəzi aprelin 5-də Moskvada imzalanmış atəşkəs sazişinin detallarının içtimaiyyətə təqdim olunmasını tələb edir.
Əməkdaşlıq Mərkəzi milli demokratik düşərgədə təmsil olunan bütün siyasi qüvvələrin fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı yeni təşəbbüslə çıxış edib.