|
““Kürd məsələsi”ni həll etmək üçün Ərdoğan Abdulla Ocalanla görüşməlidir”
HDP lideri Selaheddin Demirtaş prezident Ərdoğanın güclü bir lider olduğunu deyib.
Teleqraf.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, HDP lideri demirtaş alman mətbuatına verdiyi müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ də güclü lider olmağa davam etdiyini deyib: “Təbii ki, Ərdoğan bölgədə güclü bir liderdir. Ancaq liderlərin gücü hardan aldığı və əldə etdiyi gücü haraya sərf etdiyi daha önəmli məsələdir. İndiyə qədər Ərdoğan xalqadan aldığı dəstəyi Türkiyədə "kürd məsələsi"nin həlli və barış üçün istifadə edirdi. Ancaq indi əldə etdiyi gücü müxalifəti əzməyə və dövlət orqanlarını ələ keçirməyə sərf edir. Ərdoğan əldə etdiyi gücü demokratiya üçün istifadə etmir. Ərdoğanın bu başla Türkiyədə "Kurd məsələsi"ni deyil, ən bəsit toplumsal məsələni belə həll edəcəyinə inanmıram. "Kürd məsələsi"ni həll etmək üçün Ərdoğan Abdulla Ocalanla görüşməlidir. Türkiyədə konstitusiya dəyişikliyi olmadan "kürd məsələsi" həll edilməyəcək. Konstitusiya isə "Kandil"də həll edilmir, parlamentdə həll edilir."