|
Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədlər məlum olub.
Milli Məclisdən APA-ya verilən məlumata görə, parlamentin 15 aprel iclasına çıxarılacaq qərar layihəsində MSK üzvlüyünə namizədlərin 16-sı köhnə heyətdəndir: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Mikayıl Rəhimov, Almas Qəhrəmanlı, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Tofiq Həsənov, Nizami Nadirov.
Hüseyn Paşayev və İlkin Şahbazov MSK üzvlüyünə yeni namizədlərdir.
Köhnə heyətdən Akif Qurbanov və Tamam Cəfərli kənarda qalıblar.
Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.
Transparency.az bildirir ki, 2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkisində çoxluğu Yeni Azərbaycan Partiyası qazanıb (71 nəfər), 11 partiya azlıqda qalıb (12 nəfər). Parlamentə seçilənlərin 41-i partiyasızdır.