|
İşğala, Terrora və Əsasız İddialara Qarşı Beynəlxalq Forumun (İTƏİQBF) Azərbaycan təmsilçiləri aprelin 6-da növbəti iclasını keçirib
Teleqraf.az xəbər verir ki, iclasda İTƏİQBF-un üzvləri Radə Abbas,bSultan Əzimzadə, Emin Həsənli, Akif Kərimov, Mehdi Mehdiyev, Akif Nağı, İsmayıl Ağayev, Nəsimi Qarabağlı, Mətanət Əsgərqızı, Mehriban Abdullayeva, Firuzə Əsədullayeva, Şərqiyyə Dadaşova, Cəsarət Hüseynzadə, Sərraf Oruc, Naibə Behbudova iştirak ediblər. Emin Həsənli iclasın sədri, Cəsarət Hüseynzadə isə iclasın katibi seçiliblər. Gündəliyə Forumun təşkilati məsələləri daxil edilib.
Qərara alınıb ki, Forumun 7 nəfərdən ibarət İdarə Heyətinə Akif Nağı, Mehdi Mehdiyev, İsmayıl Ağayev, Emin Həsənli, Əkbər Qoşalı, Şərqiyyə Dadaşova, Nəsimi Qarabağlı, Forumun 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasına Akif Kərimov, Sərraf Orucov, Tahirə Məmmədova seçilsinlər.
Daha sonraİTƏİQ BF-un İdarə Heyətinin sədri vəzifəsinə isə Akif Nağı seçilib. Daha sonra İsmayıl Ağayev İTƏİQ BF-un İH-nin sədrinin 1-ci müavini (Beynəlxalq Əlaqələr üzrə) Mehdi Mehdiyev İTƏİQ BF-un İH-nin sədr müavini (Təşkilatı məsəllər üzrə), Əkbər Qoşalı İTƏİQ BF-un İH-nin sədr müavini (Humanitar məsələlər üzrə) seçiliblər.