|
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Virtualaz.org Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, telefon söhbəti zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr və atəşkəs razılaşmasının əldə olunmasından sonrakı vəziyyət müzakirə edilib, münaqişənin beynəlxalq hüququn normaları əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.