|
Türkmənistanın Azərbaycandakı səfirliyi bəzi KİV-lərdə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş vermiş hadisələrlə əlaqədar olaraq Türkmənistanın rəsmi mövqeyi barədə yayılmış məlumatı təkzib edib.
Türkmənistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, təxribat xarakterli bu informasiya həqiqətə uyğun deyil.
Səfirlik bu materialı dərc edən internet resurslarının dərhal təkzib verməsini və gələcəkdə bu cür halların qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.
Xatırladaq ki, bəzi Azərbaycan KİV-lərdə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ötən gün təmas xəttindəki gərginliyi şərh edərkən, guya ölkəsinin Azərbaycana hər cür yardım edəcəyi bildirməsi barədə məlumat yer alıb.