|
Cümə axşamı ABŞ Prezidenti Barack Obama Türkiyə Prezidenti Recep Tayyip Erdogan-la görüşüb.
Ağ Evin yaydığı məlumata görə, ABŞ Türkiyənin təhlükəsizliyinə sadiqliyini bir daha vurğulayıb. Tərəflər həmçinin İslam Dövləti (İŞİD) silahlı qruplaşması ilə mübarizə işini müzakirə ediblər.
ABŞ prezidenti Erdogan-a Diyarbakirdəki son terror hücumunda ölənlərə görə başsağlığı verib.
“Obama Birləşmiş Ştatların Türkiyənin təhlükəsizliyinə və terrorçuluğa qarşı qarşılıq mübarizəmizə dəstəyini bir daha önə çəkib”, məlumatda deyilir.
Liderlər həmçinin İŞİD-ə qarşı birgə mübarizəni götür-qoy ediblər.