|
Belçika polisi Brüssel teraktını törətməkdə şübhəli bilinən iki şəxsi saxlayıb.
Axar.az CNN-ə istinadən xəbər verir ki, saxlanılan şəxslər Brüssel terroru törədilən zaman hava limanının təhlükəsizlik kameralarına düşən şəxslərdir.
Qeyd edək ki, 22 mart tarixində Brüsseldə 4 partlayış törədilib. Terakt nəticəsində 34 nəfər həlak olub, 200 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.