|
Xəzər Teyyublu: "Ərdogan hakimiyyətinin səhv siyası manevrləri ölkənin düşmənlərini çoxaldıb"
KXCP sədrinin müavini Xəzər Teyyublu özünün “Facebook” səhifəsində Türkiyə Cümhuriyyətində baş verən son hadisələrə münasibət bildirib. Xəzər Teyyublu MHP başqanlığına namizədlərdən olan xanım siyasətçi Meral Akşenerə də dəstəyini nümayiş etdirib.
“Türkiyə bu gün çətin siyasi durum yaşamaqdadır. Aydındır ki, baş verən terrorların arxasında Türkiyə düşmənləri durur. Həm də, o da aydındır ki, Ərdogan hakimiyyətinin səhv siyası manevrləri ölkənin düşmənlərini çoxaldıb. AKP iqtidarının nə qədər cox hakimiyyətdə qalmasının artıq fərqindədirlər. Belə ərəfədə qabaga durub Türkiyənin və insanların təhlükəsiz yaşaması, müasir dünya siyasi düzənində qüdrətli mövqeyini yenidən ortaya çıxarıb sərgiləmək gücü tükənməyib. Artıq məmləkətin bir çox siyasi xadimləri ölkəsinin siyasəti başına iddialıdır. Bunlardan ən diqqətçəkəni və qələbə qazanmaga qadiri türk xanım siyasətçisi MERAL AKŞENER dir. Meral xanım əvvəllər Daxili İşlər Naziri olub. Milliyətçi Hərəkat Partiyasına ( MHP) sədrliyə namizəddir. Alqış olsun cəsarətli Meral xanıma!”