|
İngiltərənin baş naziri David Kameron deyib ki, Türkiyənin etibarlı bir ölkə olmadığını söyləmək Türklərə təhqir olar".
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, baş nazir Kameron bu sözləri Türkiyə ilə Avropa Birliyi arasında işbirliyinin gücləndirilməsi və sığınacaq axtaran şəxslər böhranının həlli üçün aparılan danışıqlarda əldə olunan razılaşmayla əlaqədar, İngiltərə parlamentinin alt palatasında millət vəkillərinin suallarını cavablandırarkən deyib.
Beynəlxalq Əfv Təşkilatının açıqladığı "Türkiyənin miqrantlar üçün etibarlı ölkə olmadığı" iddiasının gündəmə gətirilməsi üzərinə Kameron bunu söyləmənin doğru olmayacağını ifadə edib.
Baş nazir deyib ki, Suriyadan qaçan 2,6 milyon insanı qəbul edən ölkə məhz Türkiyə olub.
"Müqavilə çərçivəsində Türkiyəyə veriləcək 3 milyard avro"ya dair verilən suala Kameron belə cavab verib: "Türkiyəyə veriləcək pul Türkiyə üçün verilmir. Bu pul Türkiyədəki suriyalı qaçqınlara xərclənmək üçün göndərilir".