|
Azərbaycan prezidenti İlham Əliyev tunisli həmkarı Beji Kaid əs-Sebsini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Tunis dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.