|
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah gözlənilən Bakı səfəri təxirə düşüb.
Sabah Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə gedir.
Bunun haqda hazırda Türkiyədə çalışan tanınmış telejurnalist Sevil Nuriyeva açıqlama yazıb.
Bakıda planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada keçiriləcək.
Türkiyə KİV-nin yazdığına görə, bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfər edəcəyi gözlənilir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.
Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.