|
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu gələn ay Rusiya ilə münasibətlərdə yumşalma gözlədiklərini açıqlayıb.
Axar.az xəbər verir ki, Rusiya-Türkiyə İş adamları Birliyinin nümayəndələrini qəbul edən nazir gərginliyin uzun sürməyəcəyini deyib:“Prezident Rəcəb Tayyib Ərdoğan hadisədən dərhal sonra Rusiya prezidenti ilə görüşmək istədi. Amma Vladimir Putin cavab vermədi. Üzüntümüzü ifadə etdik, istəmirdik belə olsun. Bu mənfi vəziyyətdən çıxış yolu kimi komissiya yaradılmasını təklif etdik, yenə cavab gəlmədi. Bizim vəzifəmiz diplomatik kanalları işlətməkdir. Aprel ayında yumşalma gözləyirik”.
Nazir iş adamlarına səbirli davranmağı məsləhət görüb:“Mənə qalsa, səbirli olub, işə davam edərsiniz. Siyasətin də, ticarətin də riski var. Mən iş adamı olsaydım, sonuna qədər gedər, geri çəkilməzdim”.