Fevralın 21-də ölkə müxalifəti böhranla bağlı ikinci geniş toplantısını keçirib.

Musavat.com-un xəbərinə görə, ADP-nin qərargahında keçirilən tədbirdə müxalifət partiyalarının sədrləri və rəhbərlikdə təmsil olunan siyasilər, tanınmış ekspertlər, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti təmsilçiləri, bir sıra qeyri-hökumət təşkilatları rəhbərləri iştirak ediblər. Ölkədəki iqtisadi və siyasi böhranla bağlı son durum, həmçinin ictimai siyasi-vəziyyət müzakirə edilib.

Dövlət himninin oxunması ilə başlanan tədbirin aparıcısı, KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, müxalifətin böhranla bağlı yaratdığı işçi qrup artıq təkliflərini hazırlayıb: “Ökəmizdə baş verənləri hər birimiz bilirik”. 

AXP sədri Pənah Hüseyn isə hazırlanan təkliflərdən ibarət bəyanatı səsləndirib. O, bildirib ki, bu kimi tədbirlər artıq başlanacaq xalq hərəkatının qığılcımlarıdır: “Tezliklə ADP-nin böyük zalı ilə kifayətlənməyəcək bu xalq toplantısı. Azərbaycanın haqq səsini bütün dünya eşidəcək”. 

P.Hüseyn bildirib ki, ölkədə maliyyə-iqtisadi böhran dərinləşməkdə davam edir. Bank sektorunda iflas geniş vüsət alıb, əhalinin gəlirləri, yaşam səviyəsi aşağı düşüb, kasıblıq və səfalət artıb. 

Onun sözlərinə görə, müxalifət bu vəziyyətdə ciddi islahatların vacibliyini vurğulayır: “Həmçinin hakimiyyətlə müxalifət arasında dialoqu vacib sayır. Siyasi manipulyasiya məqsədilə bunun edilməsi düzgün deyil. Hakimiyyətin könüllü şəkildə real islahatara getməyəcəyi bilinir”. 

Dünyəvi Bozqurd Partiyasının rəhbəri Şakir Qulubəyli isə qeyd edib ki, ölkəni dərin böhrana salmış bu hakimiyyət bundan çıxmaq gücündə deyil: “Yeniləri, yeni ideoloji xətt hakimiyyətə gəlməlidir”.

Politoloq Ərəstun Oruclu isə deyib ki, hakimiyyət beynəlxalq aləmdən gələn təzyiqlərə əməl etmək istəmir, bunu zəiflik əlaməti hesab edir: “Bundan da ölkəyə iki tərəfli ziyan dəyir. Bir tərəfdən biz artıq sanksiyalar ərəfəsindəyik. Sanksiyalarla bağlı mətbuatda siyasətçilərin fikirlərinə rəğmən, mən əksini deyəcəm. Bildirilir ki, bu sanksiyalar dövlətə qarşıdır, yalnız məmurlara qarşdıır deyirlər. Elə deyil. Azərbaycanla enerji əməkdaşlığına sanksiyaların tətbiq olunacağı yazılır. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa da sanksiya qoyulacaq. Beləliklə, düşünürəm ki, bu sanksiyalardan yayınmaq üçün ən başlıcası cəmiyyətdə səfərbərliyə nail olamq üçün bizə müştərək maraq nöqtəsi lazımdır. Bu da siyasi məhbuslardır. Son dövrdə müxalifət baş verən böhranda yetərincə konstruktiv mövqe nümayış etdirdi. Heç kəs bu vəziyyətdən istifadə etmək kimi qarşısına vəzifə qoymadı. Bunu vətəndaş cəmiyyətinin gücsüzlüyü kimi təqdim etmək düzgün deyil. Hakimiyyətin iqtisadiyyatda yol verdiyi faciəvi iqtisadi vəziyyətə rəğmən, heç kəs bundan sui-istifadə etmədi. Parlament seçkilərinin keçirilməsini bu halda tələb etmək düzgün deyil. Seçki sistemi özü pis gündədir. Amma istənilən demokratik təşəbbüs alqışlanmalıdır”.

AzDP sədri Sülhəddin Əkbər isə işsizlikdən, ümumi daxili məhsulun azalmasından, manatın nominal olaraq iki qat dəyərsizləşməsi kimi problemlərdən danışıb və bildirib ki, əhalinin real gəlirlərinin azalması səbəbindən maliyyə böhranı sosial-iqtisadi böhrana keçib: “Manat 2-ci devlavasiyaya uğrayandan sonra yaranmış durum, hakimiyyətin addımları böhrana hazır olmadığını göstərdi. Belə davam etsə, yanaşma dəyişməsə, dərinləşməkdə olan böhran sosial-siyasi böhrana keçəcək. Zamanla bu, qaçılmaz olacaq”. Onun sözlərinə görə, tezliklə növbəti devalvasiya gözlənilir: “Hələ ki, cəmiyyətin hakimiyyətdən gözləntisi var. növbəti devalvasiyadan sonra isə bu, olmayacaq. Bundan sonra cəmiyyətin hakimiyyətdən əlini üzməsi fazası başlanacaq. Biz dinc olmayan vəziyyətə, dəyişikliklərə də hazır olmalıyıq. Müxalifət dəişikliyə hazır olmalıdır və cəmiyyətimizi də hazırlamalıyıq”.

VİP sədri Əli Əliyev isə deyib ki, bu hakimiyyət ölkəni Suriyaya çevirəcək: “Biz bunun təhlükəsini görürük. Parlamentdə bir nəfər müxalifət təmsilçisi qalmayıb. Azərbaycan maliyyə böhranına soxulduqdan sonra narazılıqlar Azərbaycan dövlətini əlimizdən ala bilər. Bundan narahatıq. Azərbaycanın normal demokratik yollarla dəyişdirilməsinin tərəfdarıyıq”.

AXP təmsilçisi Qiyas Sadıqov isə bildirib ki, hakimiyyət dialoqa hazır deyil, bu, 2015-ci ildə də belə idi, indi də belədir: “Bu dialoq məsələsini geniş şəkildə müzakirə etmək lazımdır. Hökumət çalışmalıdır xaosun qarşısını almağa. Biz düşmüşük hakimiyyətin dalınca ki, sizə təklif veririk. Hakimiyyət bizə deməlidir ki, gəlin, bizə dəstək verin, biz niyə etməliyik ki? Biz özümüzün nə etməli olduğumuzdan danışmalıyıq. Xalq hərəkatını yaratmağa çalışmalıyıq, çoxalmağa, birləşməyə çalışmalıyıq”.

“Ağ blok”un təsisçilərindən biri Tural Abbaslı isə qeyd edib ki, müxalifət dialoq təklifi etməkdənsə, hakimiyyətin istefasını tələb etməlidir: “İstefa tələb etməliyik. Bunun alternativi yoxdur. İlham Əliyev və ətrafı dialoq başa düşən deyil. Heç bir islahata könüllü gedən deyil. On illər boyu oğurluq edənlərə yeni dönəm çətindir, bununla islahat mümkün deyil”.

ADP sədri Sərdar Cəlaloğlu cəmiyyətin hər tərəfində parçalanmaların olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Suriyanın gününə salına bilər: “Bu, realdır. Rusiya Azərbaycanla müharibyə hazırlaşır, bunu artıq politoloqları bildirirlər. Azərbaycan müxalifəti Azərbaycan iqtidarı deyil. Biz təşkilatlanmalıyıq. İşçi qrup yaradılıb, biz böhranla bağlı problemləri, məsələləri müzakirə edirik”.

Digər çıxış edənlər də müxtəlif təkliflər səsləndiriblər. Təkliflərin nəzərə alınacağı və işçi qrup tərəfindən müzakirə olunacağı vurğulanıb. 

Qeyd edək ki, müxalifət partiyalarının bir hissəsi yanvarın 24-dən antiböhran tədbirləri keçirərək ölkənin böhranlı vəziyyətini müzakirə etməkdədir. Artıq bu istiqamətdə yaradılan işçi qrup bir neçə müzakirə keçirib. Müzakirələr mətbuata qapalıdır. Toplantılarda səslənən fikirlər və təkliflərin hələ müzakirəsi gedir. Bununla bağlı yaradılan İşçi Qrupun çoxsaylı təklifləri müzakirə edərək sonunda hökumətə göndərməsi gözlənilir. Antiböhran kooalisiyasının sonuncu toplantısında ölkədə böhran masalarının yaradılması da qərara alınıb. 

KXCP sədri Mirmahmud Mirəlioğlu isə çıxışında qeyd edib ki, müxalifət hər iki toplantıda səslənən antiböhran təkliflərini geniş şəkildə müzakirə edib toplayacaq və proqram halında açıqlanacaq. O, bu cür müzakirələrin davamlı olmasının vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, müxalifətin imicinin zədələnməsi barədə səslənən fikirlər doğru deyil. Müxalifət məhz o cür olmadığından, ölkənin böhrandan çıxmasını istəyir və bu yöndə hökumətə təkliflər verir. 

Digər çıxış edənlər də müxtəlif təkliflər səsləndiriblər. Təkliflərin nəzərə alınacağı və işçi qrup tərəfindən müzakirə olunacağı vurğulanıb. 

Qeyd edək ki, müxalifət partiyalarının bir hissəsi yanvarın 24-dən antiböhran tədbirləri keçirərək ölkənin böhranlı vəziyyətini müzakirə etməkdədir. Artıq bu istiqamətdə yaradılan işçi qrup bir neçə müzakirə keçirib. Müzakirələr mətbuata qapalıdır. Toplantılarda səslənən fikirlər və təkliflərin hələ müzakirəsi gedir. Bununla bağlı yaradılan İşçi Qrupun çoxsaylı təklifləri müzakirə edərək sonunda hökumətə göndərməsi gözlənilir. Antiböhran kooalisiyasının sonuncu toplantısında ölkədə böhran masalarının yaradılması da qərara alınıb. 

 




Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti