|
Klassik Xalq Cəbhəsi Partiyası Bakı şəhər və ərazsisi işğal olunmuş rayon – şəhər şöbə sədrlərinin genişləndirilmiş müşavirəsi keçirilmişdir.
Teleqraf.az-ın məlumatına görə, müşavirədə 21 fevral 2016-cı il Anti Böhran kooalisiyasının iqtisadi böhran və böhrandan çıxış yolları mövzusunda keçiriləcək növbəti tədbirə hazırlıqla bağlı geniş müzakirələr aparılmış rayon – şəhər şöbə sədrlərinə müvafiq tapşırıqlar verilmişdir. Müşavirədə 26 fevral Xocalı soyqırımının il dönümü ilə bağlı KXCP-nin keçirəcəyi anım tədbirinə hazırlığın vəziyyəti geniş müzakirə edilmiş şöbə rəhbərlərinə hazırlıq işinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.Toplantı iştirakçıları Xocalı soyqırımının il dönümü ilə bağlı anım tədbirlərinin KXCP-nin yerlərdə bütün rayon – şəhər şöbələri tərəfindən keçirilməsinin vacibliyini vurğulamışlar.