|
Bu gün, ölkənin bir sıra müxalifət partiyalarının və təşkilatlarının təmsilçiləri yenidən Ümid partiyasının qərargahında bir araya gələrək ölkəni böhranlı vəziyyətdən çıxarılması üçün növbəti məsləhətləşmələr aparıblar.
Tədbirdə 10-dan çox müxalifət lideri iştirak edib. Bu barədə, agxeber.com-a "Anti Böhran Koalisiyası"nın işçi qrupunun üzvi Tural Abbaslı məlumat verib: Toplantıda ölkənin böhranlı durumu və böhrandan çıxış yolları müzakirə olunub. Tədbir bir saat davam edib. Əsasən, iclasda müzakirə mövzusu Fevral ayının 21-i ADP-nin mərkəzi qərargahında keçiriləcək tədbir olub.Tədbirin texniki tərəfləri,veriləcək bəyanatlar, qonaqların çağırılması məsələsi müzakirə olunub. Partiyalar və siysi təşkilatlar arasında konkret iş bölgüsü aparılıb.Tədbirin aparıcılığı Mirmamud Mirəlioğluna həvalə olunub.