|
15 fevral 2016-cı il Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir.
KXCP-nin mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti müzakirə edilmiş müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında təşkilatlanma məsələləri geniş müzakirə edilmiş və təşkilat şöbəsinə təşkilatlanma işinin daha da gücləndirilməsi tapşırılmışdır. Yığıncaqda 19 fevral 2016-cı il saat 17:30-da Bakı şəhər və ərazisi işğal olunmuş rayon - şəhər şöbələrinin genişləndirilmiş müşavirəsinin keçirilməsi qərara alınmışdır.