|
NATO-nun ABŞ-a məxsus 4 hərbi gəmisi bu gün Batumi limanına daxil olub.
Teleqraf.az Avropa.info-ya istinadən xəbər verir ki, bu haqda Acar muxtar respublikasının hökumət başçısı Arçil Xabadze məlumat verib.
“Bu ilk dəfədir ki, belə böyük ekipajlı gəmilər bizim limanımıza girirlər. Ziyarət çərçivəsində mədəni tədbirlər, hərbi təlimlər keçirmək nəzərdə tutulur. Gəmilərin gəlişi bir daha NATO və Gürcüstan arasında sıx əməkdaşlığın olduğunu sübut edir” – Xabadze belə deyib.
Gürcülər NATO gəmilərini təntənəli mərasimlə qarsalayıblar. Gəmilər limanda 15 fevraladək qalacaqlar. “İmedi” telekanalının məlumatına görə, amerikalı kontr-admiral şənbə günü Batumi limanına rəsmi səfərlə gələcək.