|
Klassik Xalq Cəbhəsi Partiyasının İdarə heyətinin növbəti yığıncağı keçirilmişdir.
KXCP-nin mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti, ictimai siyasi vəziyyət müzakirə edilmişdir. Ölkədə yaranmış iqtisadi böhran və böhrandan çıxış yolları geniş müzakirə edilmiş, hakimiyyətin uğursuz anti – böhran siyasəti apardığı qeyd edilmişdir. KXCP hakimiyyətdən anti – böhran proqramının açıqlamasını tələb edir.