|
18 yanvar 2016-cı il Klassik Xalq Cəbhəsi Partiyasının İdarə heyyətinin növbəti yığıncağı keçirilmişdir.
KXCP-nin mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti, respublikada ictimai siyasi vəziyyət və cari məsələlər geniş müzakirə edilmişdir. Azadlıq Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin ölkədə yaranmış iqtisadi böhranla bağlı keçirdiyi dərirmi masa müsbət qiymətləndirilmiş, bu cür tədbirlərin daha geniş miqyasda keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Ayrı – ayrı rayonlarda əhalinin manatın devalyasiyası ilə bağlı keçirdiyi tədbirlərdə hakimiyyət orqanlarının zorakılığı pislənmiş, həbs olunan vətəndaşların tezliklə azadlığa buraxılması və represiyalara son qoyulması tələb edilmişdir. 20 yanvarla bağlı Şəhidlər Xiyabanı ziyarət olunması ilə bağlı rayon (şəhər) şöbələrinə əlavə tapşırıqlar verilmişdir. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilmişdir.