|
Klassik Xalq Cəhbəsi Partiyası qardaş Türk xalqına İstanbul şəhərinin Sultan Əhməd meydanında baş verən qanlı teror hadisəsindən sarsıldığını bildirir və derin hüzünlə baş sağlığı verib.
Əziz qardaş və bacılar uzun illərdir terrora məruz qalaraq minlərlə şəhid verən, torpaqları istila edilən, yüz minlərlə köçkün problemləriylə üz-üzə qalan xalq olaraq sizin acınızı daha dərindən duyur və dərdinizə şərik olduğumuzu bildiririk.
Bütün insanlığin mübarizə aparmalı olduğu terrorla mübarizədə yanınızda olduğumuzu bildirərək həyatını itirənlərin yaxınlarına və doğmalarına səbr diləyir, yaralıların tezliklə sağalmasını arzulayırıq.
Türkiyə Cümhuriyyətinin xarici və daxili düşmənlər tərəfindən yaradılan çoxsaylı problemləri tezliklə həll edəcəyinə inanır, bir daha qardaş Türk xalqına derin hüzünlə baş sağlığı veririk.