|
Yanvarın 12-də ABŞ prezidenti Barack Obama sonuncu illik çıxışını edəcək. O, həmişə kimi, bu il Konqresdən gözlədiyi qanunlar siyahısından bəhs etməyəcək.
Əvəzində prezident, həmişəkindən fərqli olaraq, 7 illik prezidentlik dövründə gördüyü işlərdən danışacaq, ölkənin gələcəyi ilə bağlı nikbin dəyərləndirməsini irəli sürəcək.
Prezidentin köməkçilərinin sözlərinə görə, Obama ümid edir ki, nikbin çıxışı prezidentliyə respublikaçı namizədlərin ümidsiz proqnozlarından fərqlənəcək, əks mənzərə yaradacaq.
Bu il üçün qanunvericilik aktlarının qeyd olunmaması iki partiyanın seçkiöncəsi getdikcə daha çox toqquşması ilə bağlıdır. Silahlara nəzarətdən tutmuş, Suriya qaçqın böhranı kimi problemlər qanun layihələri üzrə razılığa gəlinməsini çətinləşdirib.