|
Klassik Xalq Cəbhəsi Partiyasının İdarə heyətinin növbəti yığıncağı keçirilmişdir.
Toplantıda ictimai siyasi vəziyyət və ölkədə baş verən iqtisadi böhranla bağlı geniş müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilmişdir. İdarə heyətinin yığıncağında 1990-cı il 20 yanvar qəhrəmanlıq günü münasibəti ilə şəhidlərimizin xatirəsini anmaq üçün, 20 yanvar 2016-cı il saat 1200-da Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı qərar qəbul edilib. İdarə heyətinin qərarına uyğun olaraq, KXCP-nin bütün rayon, şəhər şöbələri də fəaliyyət göstərdikləri rayon və şəhər ərazilərində Şəhidlər Xiyabanını 20 yanvar saat 1200-da ziyarət edəcək.
Həmçinin, 15 yanvar 2016-cı ildə saat 1200-da Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Azadlıq Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin ölkədə yaranmış iqtisadi böhranla bağlı keçirəcəyi dərirmi masaya təklifləri müzakirə edilmişdir.