|
Müsavat Partiyasının böhrandan çıxış yolları barədə təkliflər paketi
Hakimiyyətin uğursuz iqtisadi siyasəti nəticəsində manatın kəskin devalvasiyaya uğramasından və bu prosesin xroniki hal almasından sonra ölkədə iqtisadi böhran pik həddə çatıb. Xalq hökumətin vəziyyətdən çıxış yolları üçün hansısa səmərəli addımlar atacağına ümidini tamamilə itirib.
Ekspertlərin rəylərinə görə, son bir ildə manatın məzənnəsinin qorunması məqsədilə Mərkəzi Bank 12 milyard dollardan çox valyuta xərcləyib. Nəticə isə çox açınacaqlıdır: bir tərəfdən, manat kəskin şəkildə dəyərdən düşüb, digər tərəfdən, manatın dəyərinin qorunması məqsədilə dövlətin 12 milyard dollar valyutasının sərf olunması ölkə əhalisinin ağır maliyyə çətinlikləri ilə baş-başa qalmasının qarşısını almayıb.
100 milyard dollardan çox neft gəlirlərinin ölkəmizə axdığı son 10 illik dövrdə hökümət rəqabətə davamlı və sistemli inkişafa əsaslanan iqtisadiyyat qurmaq əvəzinə böyük və mənasız korrupsiya layihələri ilə dövlətin valyuta ehtiyatlarını havaya sovurub, qeyri-neft sektoru inkişaf etdirilməyib. Nəticədə ölkəmizin uğurlu iqtisadi inkişafı üçün ən böyük imkanlar açan ən şanslı illər hökümətin günahı üzündən itirilib.
Müsavat Partiyası yaranmış iqtisadi böhranın ağır nəticələrinin aradan qaldırılması istiqamətində görülməsi zəruri olan təcili tədbirlər paketini ictimaiyyətə təqdim edir.
Hüquqi dövlət quruculuğu, liberal iqtisadiyyata keçidin təmin edilməsi məqsədi ilə aşağıdakı iqtisadi və siyasi islahatlar dərhal həyata keçirilməlidir.