|
"IV Nüvə Təhlükəsizliyi Sammitində bir sıra dövlət rəhbərləri ilə bərabər Azərbaycan prezidenti İlham Əliyevə də iştirak üçün dəvət göndərilib"
Amerikanın Bakıdakı səfirliyi prezident İlham Əliyevin Vaşinqtona dəvət olunduğunu təsdiqləyib. Bu barədə səfirlik Meydan TV-nin sorğusuna cavab verərkən bildirib.
Səfirlikdən deyiblər ki, 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində bir sıra dövlət rəhbərləri ilə bərabər Azərbaycan prezidenti İlham Əliyevə də iştirak üçün dəvət göndərilib. Dəvət prezident Barak Obama tərəfindən edilib.
Bu barədə məlumatı prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Novruz Məmmədov özünün tvitter səhifəsində paylaşıb. N.Məmmədov qeyd edib ki, Obama dekabrın 3-də azərbaycanlı həmkarına 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak üçün dəvət göndərib.
Obamanın məktubund qeyd edilir: “Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir”.