|
Bu gün 6 yanvar 2016-cı ildə KXCP-nin qərargahında "AZADLIQ" Siyasi Əməkdaşlıq Mərkəzinin Sədrlər Şurasının iclası keçirilib.
Moderator.az xəbər verir ki, iclasda mərkəzin işinin təşkili məsələləri müzakirə olunub, əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi ilə bağlı ümumi razılığa gəlinib, mərkəzin illik fəaliyyət proqramının hazırlanması ilə bağlı işçi qrup yaradılıb. Sədrlər Şurası üzvləri arasında iş bölgüsü aparılıb. Bundan başqa "Azadlıq" ölkədəki iqtisadi bəhran, milli düşərgənin fəaliyyətinin sistemləşdirilməsi məsələləri ətrafında da müzakirələr aparıb, uyğun qərarlar qəbul olunub.